XƏBƏRLƏR
161 Arxiv

2018.07.10

Bu gün "Elm və İnnovasiya" proqramının növbəti buraxılışı yayımlanacaq

10 iyul 2018-ci il tarixində saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş 1970-1983-cü illərdə Elmlər Akademiyasının prezidenti olmuş, Azərbaycanda müasir fizikanın, xüsusilə, yarımkeçiri­ci­lər fizi­kası və texnikasının əsasını qoymuş, akademik Həsən Abdullayevin elmi, elmi-təşkilati və ictimai fəaliyyətinə həsr olunacaq.

Proqramın qonaqları AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və həmin institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovdur.

http://science.gov.az/news/open/8382