XƏBƏRLƏR
51 Arxiv

2018.07.10

AMEA magistrantlarının sosial müdafiəsi gücləndirilir

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistrlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür.

Bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə iyulun 10-da akademiya magistrlərinin “Məzun günü” tədbirində deyib.

AMEA rəhbəri diqqətə çatdırıb ki, akademiyanın bütün magistrləri işlə təmin olunur, eyni zamanda, qrant layihələrinə cəlb edilirlər. Həmçinin magistrlər arasında müxtəlif intellekt müsabiqələri təşkil olunur. Onların asudə vaxtlarının dəyərləndirilməsi və potensiallarının üzə çıxarılması üçün seminar xarakterli görüşlər keçirilir. Bundan əlavə, magistrlərə startaplara qoşulmaq, startapların tapılması və hazırlanması yolları təbliğ edilir, həmçinin elmdə şəbəkələşmə məqsədilə xaricdə təhsil alan gənclərlə görüşlər təşkil olunur.

http://science.gov.az/news/open/8380