XƏBƏRLƏR
102 Arxiv

2018.07.09

Respublika üzrə elmi tədqiqatçılar distant formada informatika fənnindən doktorluq imtahanları veriblər

Məlum olduğu kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) iyun ayının 21-dən respublika üzrə doktorant və dissertantların informatika fənnindən doktorluq imtahanlarına start verilib. TİM-də bu imtahanlara hazırlıq məqsədilə təşkil olunmuş kurslarda tədris proqramına uyğun olaraq zəruri biliklər və praktiki bacarıqlar aşılanıb. Ölkənin regionlarında yaşayan elmi tədqiqatçılar bu dərslərdə İnternet üzərindən distant formada iştirak ediblər.

İyulun 6-da Naxçıvan Dövlət Universitetində bu bölgədə yaşayan doktorant və dissertantların İnformatika fənnindən distant formada doktorluq imtahanı keçirilib. İmtahanda, ümumilikdə AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetindən olan 11 doktorant və dissertant iştirak edib.

İmtahan prosesinə həm institutun Distant Tədris Mərkəzində video-müşahidə sistemi vasitəsilə onlayn olaraq, həm də qurumun Naxçıvana ezam olunmuş mütəxəssisləri tərəfindən yerində nəzarət olunub.

http://science.gov.az/news/open/8371