XƏBƏRLƏR
91 Arxiv

2018.07.03

AMEA prezidenti “Alimlər şəhərciyi”ndə aparılan inşaat işlərinin gedişi ilə tanış olub

İyulun 3-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə Abşeron rayonunun Saray qəsəbəsində inşa edilən “Alimlər şəhərciyi” yaşayış kompleksində olub.

İşlər idarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev AMEA rəhbərinə ərazidə bu günə kimi görülən işlər barədə ətraflı məlumat verib. Kompleksdə aparılan inşaat işlərinin gedişi ilə maraqlanan akademik A.Əlizadə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, elm və təhsil işçilərinin yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə salınan “Alimlər şəhərciyi” yaşayış kompleksində infrastruktur ən müasir tələblər səviyyəsində qurulmaqdadır.

“Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək.

http://science.gov.az/news/open/8338