XƏBƏRLƏR
3055 Arxiv

2018.07.02

Azərbaycan elm və təhsil qurumlarının Avropanın elmi bazalarına çıxışının təmin olunması zəruridir

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda keçirilən toplantıda Azərbaycan elmi ictimaiyyəti adından Avropa İttifaqına ünvanlanmış bir sıra təkliflər səsləndirib.

Alim EaPConnect layihəsi çərçivəsində EaPContent təşəbbüsünü irəli sürərək qabacıl biliklərin əldə olunması və Avropa elmi mühitinə inteqrasiya məqsədilə Azərbaycanın elm və təhsil qurumlarının “Web of Science”, “Scopus”, “Springer” kimi beynəlxalq elmi bazalara çıxışının təmin olunmasının zəruri olduğunu diqqətə çatdırıb, bu məsələdə Avropa Birliyi və GEANT-ın maliyyə dəstəyinə ehtiyac olduğunu vurğulayıb.

Hazırda AMEA-da yüksəkixtisaslı kadr hazırlığı sahəsində ciddi tədbirlərin görüldüyünü, multidissiplinar tədqiqatların aparıldığını vurğulayan R.Əliquliyev bu istiqamətdə Avropa universitetləri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin, Avropa Birliyinin elm və ali təhsil müəssisələrində onlayn təhsil (bakalavr, magistr, doktorantura ) pillələrinin yaradılmasının vacibliyini önə çəkib. Bu məsələ ilə bağlı xüsusi dövlət proqramının hazırlanmasının məqsədəuyğun olduğunu vurğulayıb.

http://science.gov.az/news/open/8327