XƏBƏRLƏR
57 Arxiv

2018.06.29

Yüksək Texnologiyalar Parkında türk dünyasının elmlər akademiyalarının prezidentləri ilə görüş keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) Tatarıstan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Myakzyum Salahov, Başqırdıstan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Alfis Qayazov və Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Kesikbayev ilə görüş keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Rəyasət Heyəti aparatının Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin müdiri Bünyamin Seyidov və AMEA YT Parkın ümumi işlər üzrə direktor müavini Elxan Bayramov iştirak ediblər.

Görüşdə YT Parkın Texnologiyaların Transferi və Biznes İnkubasiya şöbəsinin müdir müavini Vüsal Süleymanlı təmsil etdiyi qurum haqqında qonaqlara məlumat verib. Bildirib ki, YT Parkın yaradılmasında əsas məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına dövlət dəstəyini daha da artırmaqdır. O, son zamanlar YT Parkda kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə bir sıra mühüm işlərin görüldüyünü qeyd edib.

Sonda YT Parkın ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait, potensial rezidentlərin fəaliyyəti barədə məlumat verilib. Daha sonra "AMEA Təcrübə-Sənaye Zavodu" MMC və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Qonaqlar YT Parkın Mərkəzləşdirilmiş analitik laboratoriyası və Radio ekoloji monitorinq sistemi ilə yaxından tanış olub.

http://science.gov.az/news/open/8315