XƏBƏRLƏR
577 Arxiv

2018.06.29

AMEA Zoologiya İnstitutunun gənc alimləri Elmin İnkişafı Fondunun elan etdiyi müsabiqənin qalibi olublar

AMEA Zoologiya İnstitutunun Quru Onurğalılar Laboratoriyasının gənc alimləri Elşad Əsgərov və Nicat Həsənov Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Elm-Təhsil İnteqrasiyası” məqsədli müsabiqəyə təqdim etdikləri “Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş iri məməli heyvan növlərinin arealının bərpası perspektivlərinin zooloji və aerokosmik metodlarla tədqiqi” layihəsi uğurla keçmişdir. Layihə 1 il müddətində BDU-nun Bioekologiya kafedrasının əməkdaşları ilə birgə icra olunacaqdır. Layihə çərçivəsində "Qırmızı kitaba" daxil edilmiş növlərin müasir vəziyyətinə dair çol materialı toplanacaq, aerokosmik çəkilişlər vasitəsilə onların müasir arealı tədqiq olunacaq və yaşayış yerlərinin kompüter modelləri hazırlanacaqdır. Layihənin məhsulları hesabına nadir növlərin potensial yaşayış yerləri müəyyən olunacaq, mühafizəsi və yayılması üçün təkliflər hazırlanacaqdır. Qeyd edək ki, gənc alimlərimiz E. Əsgərov və N. Həsənov eyni dövrdə BDU-nun biologiya fakültəsində oxumuş, 1997-ci ildə institutumuzun əyani aspiranturasına daxil olmuşlar. E. Əsgərov və N. Həsənov Azərbaycan elmini müxtəlif beynəlxalq səviyyələrdə layiqincə təmsil edirlər.