XƏBƏRLƏR
3428 Arxiv

2016.03.03

Mülki Müdafiə günü

AMEA Zoologiya İnstitutunda ”Mülki Müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusunda  tədbir keçirilib. “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbiri institutun Mülki Müdafiə Qərargahının rəisi Mürvət Bəyalıyev açıb. Çıxışında ölkəmizdə və dünyada baş verən son hadisələrə diqqəti cəlb edən M.Bəyalıyev mülki müdafiənin önəmini vurğulayıb. Tədbir zamanı fövqəladə vəziyyətdə istifadə olunan avadanlıqlar təqdim olunaraq, haqqında məlumat verilib.