XƏBƏRLƏR
3324 Arxiv

2016.03.03

Institutun Elmi Şurasının növbəti iclası keçirilib

İclasda institutun 80 illik yubileyinin keçirilməsi haqqında məsələlər müzakirə olunub. Tədbirin keçirilmə vaxtı təyin edilərək, görüləcək işlər haqqında danışılıb. Bundan başqa “Cücülərin ekologiyası və fiziologiyası”, “Protistologiya” və “Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları” laboratoriyalarının əməkdaşlarının dissertasiya mövzuları ilə bağlı müzakirələr aparılıb.Daha sonra “Su heyvanları parazitləri” laboratoriyasının böyük elmi işçisi Hüseynov Mahirin “dosent”  adını alması məsələsi gündəliyə çıxarıldı və səsvermə yolu ilə təsdiq olundu.