XƏBƏRLƏR
2862
Arxiv
2018.06.12
AMEA-nın institut və təşkilatlarının həmkarlar komitəsinin sədrlərinin nəzərinə!
25 iyun 2018-ci il tarixindən etibarən Mərdəkanda yerləşən AMEA-nın “Elm” uşaq düşərgəsi (I növbə - 14 gün) fəaliyyətə başlayacaq.
Hər bir uşağın istirahət haqqı 200 manatdır (70 manat valideyn tərəfindən, 130 manat isə institut həmkarlar komitəsinin fondundan ödənilmək şərti ilə).
Tələb olunan sənədlər:
- Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi;
- Sağlamlıq haqqında arayış.
Düşərgədə yaş həddi 6-13 arasıdır.
http://science.gov.az/news/open/8207
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.