XƏBƏRLƏR
131 Arxiv

2018.06.08

AMEA "Web of Science” bazasından geniş istifadə edir

"Son beş ildə əsas uğurlarımızdan biri "Web of Scince", "Scopus", "Google" bazaları üzrə statistik göstəricilərin dayanıqlı yüksəlmə meyilləri ilə bağlıdır".

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncaqda çıxışı zamanı deyib.

Hazırda beynəlxalq elmi bazalarla əməkdaşlığın genişləndirilməsinin elmi məhsuldarlığın dinamikasına müsbət təsir göstərdiyini deyən natiq bildirib ki, bu məqsədlə "Clarivate Analytics" təşkilatı ilə AMEA arasında Saziş imzalanıb. Akademik Sazişə əsasən, AMEA-nın bütün elmi müəssisələrində çalışan alimlərin "Web of Science” bazasından istifadə imkanı əldə etdiyini vurğulayıb: "AMEA-nın əksər elmi müəssisələrinin "Web of Science" bazasında vahid profili mövcuddur. Bu profillər vasitəsilə elmi müəssisələrin və əməkdaşların nəşr aktivliyini, H (Hirş) indeksini və istinad göstəricilərini asanlıqla əldə etmək mümkündür".

http://science.gov.az/news/open/8177