XƏBƏRLƏR
3136 Arxiv

2018.06.08

Akademik Akif Əlizadə: "Tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb"

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncaqdakı çıxışında son beş ildə tətbiqi tədqiqatların səmərəliliyinin mühüm dərəcədə artdığını bildirib.

Beş il əvvəl AMEA-da elm və istehsalat arasında əlaqələrin genişləndirilməsinin əsas prioritetlərdən biri kimi qəbul olunduğunu vurğulayan akademik qeyd edib ki, bu istiqamətdə ən mühüm uğurlarından biri ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Təcrübə-Sənaye Zavodunun bazasında Yüksək Texnologiyalar Parkının yaradılmasıdır.

Natiq dövlət başçısının sərəncamının AMEA-nın elmi-texniki siyasətində köklü dəyişikliklər etdiyini söyləyib: "Akademiya tarixində ilk dəfə olaraq müxtəlif kiçik tədqiqat biznesinin infrastrukturları yaradılıb. Yeni yağ növlərinin, robortlaşdırılmış yerüstü, hava və sualtı idarə edilən qurğuların – dronların, müdafiə təyinatlı xüsusi qurğuların, kompüter stendlərinin, filiz və qeyri-filiz xammalın çıxarılması və işlənilməsinin, dərman və kosmetik məhsulların istehsalının yeni texnologiyalarının bazara çıxarılması reallaşıb".

http://science.gov.az/news/open/8176