XƏBƏRLƏR
42 Arxiv

2018.06.07

Azərbaycan Milli Elmlər Akademiyası haqqında buklet işıq üzü görüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə akademiyanın Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsitərəfindən Azərbaycan Milli Elmlər Akademiyası haqqında məlumat kitabı (buklet) hazırlanıb.  

“Elm” nəşriyyatında çap olunan bukletin elmi redaktoru idarənin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, tərtibçi və dizayneri isə idarənin rəis müavini Vüqar Haqverdiyevdir.

Bukletdə AMEA-nın yaranma tarixi, mühüm inkişaf mərhələləri, habelə elmi bölmələri və müəssisələri, elmi potensialı, elmi istiqamətləri, əldə etdiyi mühüm elmi nailiyyətləri və beynəlxalq əlaqələri haqqında əsas məlumatlar və statistik göstəricilər öz əksini tapıb.

Həm məzmun, həm struktur, həm də dizayn baxımından olduqca yüksək keyfiyyətlə tərtib olunmuş AMEA haqqında buklet elmin populyarlaşdırılması və akademiyanın fəaliyyətinin geniş işıqlandırılması baxımından mühüm əhəmiyyətə malikdir.

http://science.gov.az/news/open/8172