XƏBƏRLƏR
127 Arxiv

2018.06.06

AMEA Zoologiya İnstitutunda “Açıq qapı” günü keçirilib

AMEA Zoologiya İnstitutunda 5 iyun-Ümumdünya ətraf mühitin mühafizəsi günü  münasibətilə “Açıq qapı” günü keçirilib.

 “Açıq qapı” günü münasibətilə gün ərzində muzeyi Bakının, eləcə də paytaxta yaxın rayon və qəsəbələrin orta məktəblərinin şagirdləri, universitet tələbələri ziyarət ediblər. Tamaşaçılara muzeyin bələdçiləri tərəfindən muzeyin ekspozisiyasında sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlər, onların ekoloji xüsusiyyətləri ilə bağlı məlumatlar verilib.