XƏBƏRLƏR
107 Arxiv

2018.05.29

Mikrobiologiya elminə dəyərli töhfə

AMEA Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının müdiri, b.ü.f.d Samirə Nəcəfova və həmin laboratoriyanın baş elmi işçisi,  professor Nəriman İsmayılovun həmmüəllif olduqları “Bakı şəhərinin torpaq örtüyünün ekoloji vəziyyəti və onun yaxşılaşdırılması yolları” adlı monoqrafiya Rusiyada çapdan çıxıb.

Yeni nəşrdə iri neft və qaz hasilatı, maşınqayırma, metallurgiya sənaye kompleksi olan Bakı şəhərinin torpaqlarının ekoloji vəziyyətinin qiymətləndirilməsi aparılıb, ikincili regional bioresurslardan istifadə edilərək onların bioloji xüsusiyyətlərinin yaxşılaşdırması yolları göstərilib.

Kitabın rəyçiləri akademik Məhərrəm Babayev və  AMEA-nın müxbir üzvü Amin İsmayılovdur.

Monoqrafiya ətraf mühitin mühafizəsi məsələləri ilə məşğul olan, eyni zamanda, şəhər ərazilərinin rekultivasiyası və yaşıllaşdırma layihələrini hazırlayan mütəxəssislər, mikrobioloq, torpaqşünas, ekoloq alimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

http://science.gov.az/news/open/8093