XƏBƏRLƏR
3327 Arxiv

2018.05.22

“Azərbaycanın əsas su anbarlarının mikrobioloji rejimi və müasir ekoloji, sanitar hidrobioloji vəziyyəti” monoqrafiyası çap olunub

AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov və Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasının tədris hissə müdiri, biologiya üzrə fəlsəfə doktoru Aynur Ənsərovanın həmmüəllifi olduğu “Azərbaycanın əsas su anbarlarının mikrobioloji rejimi və müasir ekoloji, sanitar hidrobioloji vəziyyəti” monoqrafiyası çapdan çıxıb.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, rəyçiləri isə - AMEA-nın müxbir üzvü Rafiq Qasımov və biologiya elmləri doktoru, professor Nəriman İsmayılovdur.

Vəsaitdə ilk dəfə olaraq Azərbaycanın 10 su anbarında aparılan mikrobioloji, sanitar-hidrobioloji və ekoloji tədqiqatların nəticələri təqdim edilir. Azərbaycanın ümumi su ehtiyatının 90%-ni özlərində cəmləşdirən anbarlar ölkədə suya olan təlabatın ödənilməsində əvəzsiz əhəmiyyət kəsb edir. Eyni zamanda ən böyük sututumlu anbarlar Ermənistan və Gürcüstanda aramsız çirklənən Kür və Araz çayları məcrasında yaradılıb. Həmin su anbarlarında fəsillər üzrə aparılan tədqiqatların nəticələrinə əsasən onların ümumi ekoloji vəziyyəti, saprobluq dərəcəsi, trofik tipi, sanitar gigiyenik keyfiyyəti, bioloji məhsuldarlıq imkanları müqayisəli şəkildə qiymətləndirilir.

Monoqrafiya ekoloqlar, sanitar-epidemoloqlar, hidroloqlar, hidrobioloqlar, ali məktəbin tələbələri, magistrantlar, doktorantlar, həmçinin geniş oxucu kütləsi üçün  nəzərdə tutulub.

http://science.gov.az/news/open/8050