XƏBƏRLƏR
3021 Arxiv

2018.05.21

AMEA və Fransanın Monpelye Universiteti birgə doktorantura proqramı elan edir

Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış Əməkdaşlıq haqqında Çərçivə Sazişi əsasında birgə doktorantura proqramı elan olunur.

Namizədlər eyni zamanda həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcək. Proqramın şərtlərinə görə, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində və 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görüləcəklər.

Sənədlər 5 iyun 2018-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim edilməlidir. Təqdim ediləcək sənədlər haqqında ətraflı məlumat və ərizə formaları üçün Beynəlxalq əlaqələr idarəsinə müraciət olunmalıdır.

Müsabiqə üçün elan edilən mövzuların siyahısı:

1.Toxumanın bərpa olunmasında Dental Pulp kök hüceyrələrinin angiogen aktivasiyası;

2.Antioksidanların əlavə olunmasının fasioskapulohumeral quadriceps biopsiyaların manti hüceyrələrinə təsiri;

3.İnsan xəstəliklərində epigenik mexanizmlərin Mouse embrion kök hüceyrələri vasitəsilə araşdırılması;

4.Onurğa beyinin endogen kök hüceyrələri vasitəsilə bərpası;

5.Dərman preparatlarının yoğun bağırsağın xərçəng kök hüceyrələrinin kimyaterapiyasında təkrar həssaslığı üçün tətbiqi;

6.Xərçəng hüceyrələrində DNT-nin zədələnməsinə səbəb olan biyomolekulyar kondensatların hədəf alınması;

7.Yeni xərçəng biomarkerlərinin və hədəflərinin aşkarlanması üçün şəbəkə hesablama biologiyası yanaşmaları;

8.Maqnit-rezonans görüntüləmə üçün florlanmış polimer (F-prob).

Tel.: (+994 12) 497 53 38;

Mob.: (+994 50) 660 06 00;

Email: bunyamin.seyidov@science.az

http://science.gov.az/news/open/8039