XƏBƏRLƏR
211 Arxiv

2018.05.10

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları uğurlu təcrübələr aparırlar

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları uğurlu təcrübələr aparırlar. İnstitut əməkdaşları tərəfindən Ağsu Təcrübə Dayaq Məntəqəsindəki istixanalarda yetişdirilən tərəvəz bitkilərinin ziyanvericiləri və onların entomofaqları üzərində tədqiqatlar aparılır. İstixanalarda yetişdirilmiş ekoloji təmiz xiyarlar özünün dad keyfiyyətinə görə xüsusi seçilirlər. Tədqiqatların aparılmasında əsas məqsəd istixana şəraitində yetişdirilən bostan bitkilərinin ziyanvericilərinə qarşı mübarizədə kimyəvi üsulları minimum endirmək, ekoloji təmiz məhsul almaq üçün bioloji agentlərdən maksimum istifadə etməkdir. Hazırda Mərkəzin əməkdaşları tərəfindən parnik şəraitində ekoloji təmiz məhsulun yetişdirilməsi üçün bioloji mübarizə metodları işlənib hazırlanır. Təcrübələr nəticəsində alınmış məhsul-2 tondan çox xiyar AMEA əməkdaşları, o cümlədən institut işçiləri arasında paylanılıb.