XƏBƏRLƏR
2968 Arxiv

2018.05.10

AMEA-nın kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür.

Bu münasibətlə AMEA Rəyasət Heyətinin əməkdaşları, institut və təşkilatlarının nümayəndələri Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

AMEA-nın kollektivi Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.

http://science.gov.az/news/open/7961