XƏBƏRLƏR
2880 Arxiv

2018.05.02

Protozoologiya laboratoriyası əməkdaşının elmi seminarı keçirildi

2 may 2018-ci il tarixində “Protozoologiya” laboratoriyasının kiçik elmi işçisi Sevda Səmədovanın “Abşeronda ev quşlarının qan parazitləri” mövzusunda dissertasiya işinin elmi seminarı keçirildi. İddiaçı dissertasiya işinin elmi və praktiki əhəmiyyətindən, əldə etdiyi yeniliklərdən məlumat verdi. İlk dəfə olaraq, Abşeronda ördəklərin (Anas platyrhynchos domesticus), bildirçinlərin (Coturnix coturnix japonica), hind toyuqlarının (Meleagridis gallopavano) və toyuqların (Gallus gallus domesticus) qanında Plasmodium, Haemoproteus və Leucocytozoon cinslərinə aid parazitlər aşkar edilib. Qaz, ördək, hind toyuğu, bildirçin və ev toyuqlarının qanında Plasmodium cinsinə aidPlasmodium sp., qaz,  hind toyuğu, bildirçin və ev toyuqlarının qanında Haemoproteus cinsinə aid Haemoproteus sp., ördəklərin qanındaHaemoproteus greineri növünün, hind toyuqlarının qanında Leucocytozoon cinsinə aid Leucocytozoon smithi, ev toyuqlarının və bildirçinlərin qanında Leucocytozoon  schoutedeni növünün, qazların və ördəklərin qanında Leucocytozoon sp. növlərinin parazitlik etdiyi müəyyən edilib.