XƏBƏRLƏR
179 Arxiv

2018.05.04

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 4 may 2018-ci il tarixində işıq üzü görüb.

Qəzetdə AMEA prezidenti, akademik Akif Əlizadənin Çinin Pekin Xarici Dillər Universitetinin rektoru, professor Penq Lonqun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşü, Biologiya və Tibb Elmləri Bölməsinin növbəti iclası, Qusarda baş tutan "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" V beynəlxalq elmi konfransı, Folklor İnstitutunda "Heydər Əliyev və folklor" mövzusunda keçirilən tədbir, Ədəbiyyat İnstitutunda görkəmli özbək şairi Zahirəddin Məhəmməd Baburun 535 illik yubileyinin qeyd olunması və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda "Böyük uğurlara imza atmış alim", "İstedadlı alim, qayğıkeş ana", "Tariximizə verilən böyük dəyər", "Geniş imkanlar açan əlaqələr", "Milli mətbuat və demokratik ənənələr", "Həmrəylik nümunəsi", "Tənqidçi, ədəbiyyatşünas" və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «За заслуги в развитии науки и образования», «Академику Рамизу Мехтиеву вручен орден Почета», «Дарившая свет», «Расширение двусторонних связей», «День открытых дверей», «Между молотом и наковальней», «Главный центр идей»,«Угроза пластика» və s. kimi məqalələr də yer alıb.

http://science.gov.az/news/open/7914