XƏBƏRLƏR
209 Arxiv

2018.05.04

AMEA Zoologiya İnstitutunda Rəhbər Heyətin Mülki Müdafiə məşqi keçirildi.

4 may 2018 ci il tarixində AMEA Zoologiya İnstitutunda Rəhbər Heyətin  “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı  Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda Mülki Müdafiə məşqi keçirildi.

İclası Zoologiya İnstitutunun direktoru-Mülki Müdafiə rəhbəri  f.ü.f.d Elman Yusifov açaraq Rəhbər Heyətin MM məşqinin planına uyğun olaraq məşqin mövzu və məqsədlərini iştirakçılara çatdırdı. Sonra MM qərərgah rəisi məşq planının məzmunu izah etdi. İnstitutun MM planının öyrənilməsi və dəqiqləşdirilməsi aparıldı. Bir daha  MM planına əsasən  Rəhbər Heyətin və MM qüvvələrinin  komandir- rəis heyətinin vəzifə borclarının dəqiq öyrənilməsi  barədə müzakirələr aparıldı. Sonra xəbərdarlıq və idarə etmə qaydaları sxem üzrə məşq edildi .

Tədbirin sonunda direktor Rəhbər Heyətin  MM məşqinin yekunu barədə və Mülki Müdafiə hazırlığına aid tapşırıq və göstərişlərini  verdi.