XƏBƏRLƏR
200 Arxiv

2018.05.02

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Tədqiqata görkəmli töhfə” sertifikatı ilə təltif olunub

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Tədqiqata görkəmli töhfə” sertifikatı ilə təltif olunub.

Alim bu mükafata “Knowledge-based systems” jurnalının keyfiyyətinin yaxşılaşdırılması istiqamətində göstərdiyi xidmətlərə görə nəşrin redaksiya heyəti tərəfindən layiq görülüb.

Qeyd edək ki, “Knowledge-Based Systems” “Elseiver” elmi bazasına daxil olan dərgilər siyahısındadır. Jurnalın impakt faktoru 4.529-dur.

http://science.gov.az/news/open/7889