XƏBƏRLƏR
245 Arxiv

2018.04.23

Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşı Azərbaycanın Şimal-Şərq bölgələrində ekspedisiyada olub

AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçi Rəfiqə Əliyeva 22 aprel 2018-ci il tarixində Azərbaycanın Şimal-Şərq bölgələri olan Şabran (Dəvəçi), Quba və Qusar rayonlarında ekspedisiyada olub. Ekspedisiya adları sadalanan rayonların müxtəlif arıxanalarına təşkil olunub. Gənc mütəxəssis bu arıxanalarda arıların vəziyyətinə baxış keçirərək qeydlər aparmış və arılardan nümunələr götürərək laboratoriyaya Nozematoz xəstəliyinin təyin edilməsi üçün gətirib. Qeyd etmək lazımdır ki, nozematoz xəstəliyinin iki növü vardır: Nosema apis və Nosema ceranae. Bunlardan Nosema apis Azərbaycanda mövcuddur. Lakin Nosema ceranae-nın mövcudluğu molekulyar səviyyədə təyin edilməyib. Xəstəliyin bu növü arılar üçün olduqca təhlükəlidir və arılarda kütləvi ölümlərə səbəb olur.