XƏBƏRLƏR
3040 Arxiv

2018.04.16

AMEA Zoologiya İnstitutunun komandası B qrupunda yer alıb

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, AMEA İşlər İdarəsi və AMEA Azad Həmkarlar İttifaqının dəstəyilə AMEA-nın gənc alim və mütəxəssislərinin V institutlararası futbol çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən, Zoologiya  İnstitutunun komandası B qrupunda yer alıb. Bu qrupda komandamızın rəqibləri İqdisadiyyat İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi və AMEA Rəyasət Heyətinin komandalarıdır.