XƏBƏRLƏR
3405 Arxiv

2018.04.03

Aprel döyüşlərində şəhid olmuş hərbçilərimizin siyahısı MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olan hərbçilərimizin siyahısı və onlar haqqında məlumatlar kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilib.

Bundan əlavə, Azərbaycanın Milli Qəhrəmanları, Əfqanıstan müharibəsi və Qarabağ döyüşlərində həlak və şəhid olan azərbaycanlıların siyahısı da MRY bazasına əlavə olunub.

Qeyd edək ki, MRY layihəsində məqsəd ölkəmizin qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və xaricdə mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçıların istifadəsinə verməkdir.

http://science.gov.az/news/open/7675