XƏBƏRLƏR
134 Arxiv

2018.03.29

AMEA-nın Yüksək Texnologiyalar Parkı beynəlxalq əlaqələrini genişləndirir

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) direktor müavini Məmməd Bağırzadə Rusiya Elmlər Akademiyasının (REA) Sankt-Peterburq filialının sədr müavini, texnika elmləri doktoru Oleq Beliylə görüşüb.

M.Bağırzadə ilk öncə Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olan yanğından kədər hissi duyğunu bildirib. Daha sonra o, AMEA-nın yaranma tarixi, fəaliyyət istiqamətləri, tabeliyində olan elmi müəssisə və təşkilatlar, həmçinin YT Parkda görülən işlər barədə ətraflı məlumat verib.

Görüşdə O.Beliy çıxış edərək REA-nın tarixi, eləcə də AMEA ilə uzun illərə dayanan əməkdaşlıqdan danışıb. Alim REA-nın Sankt-Peterburq filialı ilə AMEA-nın elmi müəssisələri arasında təcrübə mübadiləsinin aparılması, birgə layihə və inkişaf proqramlarının həyata keçirilməsi, o cümlədən, seminar və konfransların təşkilinin zəruriliyini vurğulayıb.

Sonda tərəflər arasında əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub.

http://science.gov.az/news/open/7642