XƏBƏRLƏR
2971 Arxiv

2018.03.27

AMEA Yüksək Texnologiyalar Parkı ilə Çinin "Hua Pei" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Çin Xalq Respublikasının Ningbo şəhərində keçirilən “İlk Çin Qlobal Ekspertlər zirvəsi” Forumu çərçivəsində AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) ilə Çinin Ningbo Texnologiya və Sənaye Dövlət şirkəti "Hua Pei" arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Sənədi AMEA YT Parkın beynəlxalq əlaqələr üzrə direktor müavini Məmməd Bağırzadə və "Hua Pei" şirkətinin baş direktoru Yan Li imzalayıblar. 

Müqaviliyə əsasən, iki qurum birgə silisium uçqun mikropiselnli strukturları əsasında innovativ, yeni fotoqəbuledicilər istehsal edəcək.

Qeyd edək ki, ötən il AMEA YT Parkında beynəlxalq texnologiyaların köçürülməsi, yüksək keyfiyyətli məhsulların yaradılması və təşviqi məqsədi ilə  Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi yaradılmışdır.

http://science.gov.az/news/open/7623