XƏBƏRLƏR
3464 Arxiv

2018.03.16

AMEA Zoologiya İnstitutunun Ağsu Təcrübə Dayaq Məntəqəsinin ərazisində meyvə və tərəvəz bitkiləri əkilib

AMEA Zoologiya İnstitutunun Ağsu Təcrübə Dayaq Məntəqəsində institutun elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün əvvəlki ildə olduğu kimi, bu ildə xeyli işlər görülüb. Hazırda məntəqə ərazisində meyvə bitkiləri (fındıq, üzüm, nar və s.) ilə yanaşı xeyli bostan və tərəvəz bitkiləri (sarımsaq, kartof, xiyar, pomidor və s.) də əkilib becərilir. Bunlarla yanaşı ərazidə quraşdırılan istixanalarda da bostan və tərəvəz bitkiləri becərilir ki, bunlar üzərində müxtəlif entomoloji və digər tədqiqatlar aparmaq və zərərvericilərin bioloji agentlərinin tətbiqi və onun nəticələrinin araşdırılması mümkün olacaqdır. İnstitutun Ümumi İşlər Üzrə direktor müavini Nicat Süleymanov və Tətbiqi Zoologiya Mərkəzinin müdiri Barat Əhmədov məntəqədə görülən işlər ilə tanış olublar.