XƏBƏRLƏR
3097 Arxiv

2018.03.16

Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşı ekspedisiyada olub

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Səliqə Qazi Biləsuvar rayonunun pambıq əkilən bəzi kəndlərində ekspedisiyada olubEkspedisiya müddətində ilk olaraq Biləsuvar rayonun Xırmandalı kəndində yerləşən pambıq sahələrinə baxış keçirilib. Tədqiqat zamanı pambıq sovkasının pupları və bir sıra qışlamada olan zərəvericilər aşkar edilərək toplanıb. O, eyni zamanda rayonun bir neçə şəkər çuğunduru sahələrində müşahidələr aparıb və bir çox zərərvericiləri  toplayıb. Bütün materiallar laboratoriyaya gətirilib və hazırda üzərində tədqiqatlar aparılır.