XƏBƏRLƏR
3091 Arxiv

2018.03.16

AMEA Zoologiya İnstitutunda Respublikamızın ərazisində yayılmış bal arısı cinsləri, onların zərərverici və xəstəliklərinin ətraflı tədqiqi planlaşdırılır

AMEA Zoologiya İnstitutunda Respublikamızın ərazisində yayılmış bal arısı cinsləri, onların zərərverici və xəstəliklərinin ətraflı tədqiqi planlaşdırılır. Bu məqsədlə institutun Ağsu Təcrübə Dayaq Məntəqəsində yerləşdirilmiş arı ailələri müntəzəm olaraq mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır. Tətbiqi Zoologiya Mərkəzinin müdiri Barat Əhmədov bu günlərdə Ağsu Təcrübə Dayaq Məntəqəsində olmuş, arıların qışlamadan çıxma vəziyyətini yoxlamış, yaza hazırlıq işlərini həyata keçirmiş və lazımi profilaktik tədbirlər görmüşdür.

O eyni zamanda arı ailələrində xəstəliklərin müayinəsi üçün nümunələr götürüb və analiz üçün laboratoriyaya gətirib.