XƏBƏRLƏR
3030 Arxiv

2018.03.15

Zoologiya İnstitutunda mikroskopla təcrübi dərslər davam edir

Qərb Universiteti məktəbinin 3-cü sinif şagirdləri Zoologiya İnstitutunda mikroskopda praktiki dərslərin keçirilməsində iştirak etdilər. İlkin olaraq şagirdlərə mikroskop haqqında ümumi məlumatlar verildi. Daha sonra şagirdlərə preparatların hazırlanması qaydaları öyrədildi və onlar preparatlar  hazırlayaraq mikroskopda baxdılar. Müxtəlif növ  parazitlərin xarici və daxili quruluşuna, suda yaşayan gözlə görmədiyimiz bir çox canlılara (infuzor), bundan əlavə müxtəlif bitkilərin (ətirşah, nəzərgülü və s.) yarpaqlarının, çiçəyinin və gözlə görünməyən hissələrinin quruluşuna  (dəricik, yarpaqların damarlanması, tükcükləri)  mikroskop altında baxıldı.