XƏBƏRLƏR
3492
Arxiv
2018.03.02
Tətbiqi Zoologiya Mərkəzində nadir quşlar otaq və valyer şəraitində çoxaldılır
2017-ci ildən AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzində nadir quşlardan olan Zümrüdü və Qafqaz qırqovullarının otaq və valyer şəraitində çoxaldılması üçün optimal variantların araşdırılması üzrə tədqiqatlar aparılır. Aparılmış tədqiqatlar nəticəsində müsbət variantlar müəyyənləşdirilib. Mərkəzin böyük elmi işçisi Ramiz Mədətov və laborant Gülarə Həmzəyeva mütəmadi olaraq təcrübələrin gedişini yoxlayırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.