XƏBƏRLƏR
3241
Arxiv
2018.03.01
Bu gün AMEA Zoologiya İnstitutunda Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi
Bu gün AMEA Zoologiya İnstitutunda Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi. İclasda əməkdaşlar Mülki Müdafiə haqqında Azərbaycan Respublikası qanunu, Mülki Müdafiənin təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı ilə tanış edildilər. Fövqəladə Hallar zamanı insanların təhlükəsizliyinin təmin edilmə üsul və vasitələri işçilərə izah olundu. Mülki Müdafiə qüvvələrinə daxil olan manqa və manqa komandirlərinin vəzifə borcları birdaha diqqətə çatdırıldı. İnstitutun əməkdaşlarına Mülki Müdafiyə haqqında qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah olundu
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.