XƏBƏRLƏR
248 Arxiv

2018.02.19

Hidrobiologiya laboratoriyasının əməkdaşlarına riyazi modelləşdirmə ilə bağlı seminar keçirildi

“Tətbiqi Zoologiya Mərkəzi”nin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əli Məmmədov riyazi modelləşdirmə ilə bağlı Hidrobiologiya laboratoriyasının əməkdaşları ilə görüş keçirdi. Görüşdə laboratoriyanın müdiri, biologiya üzrə fəlsəfə doktoru Adil Əliyev laboratoriyanın ümumi iş prinsipindən qısa məlumat verib ayrı-ayrı tədqiqatçılara söz verdi. Əməkdaşlar apardıqları tədqiqatlar və əldə etdikləri nəticələr barədə məlumatlar verdilər.Əli müəllim də öz növbəsində bu məlumatlar üzərində necə riyazi modelləşdirmə aparıla bilməsi haqqında öz tövsiyyələrini verdi. Əsas diqqət, Xəzərin invaziv növü olan Mnemiopsis daraqlısı üzərində davam etdirildi.