XƏBƏRLƏR
2891 Arxiv

2018.02.16

AMEA Zoologiya İnstitutunda mikroskopla praktiki dərslər davam edir

AMEA Zoologiya İnstitutunda mikroskopla praktiki dərslər davam edir. Dərslərimizdə Sumqayıt şəhərinin və Smart kursunun  şagirdləri iştirak etdilər. Dərslər şagirdlərdə  böyük maraq yaratdı. İlkin olaraq şagirdlərə mikroskopdan istifadə qaydaları və mikroskop haqqında məlumatlar verildi. Sonra şagirdlərin yaşlarından asılı olaraq onlar üçün maraqlı olan müxtəlif obyektlərə mikroskop altında baxış keçirildi. Müxtəlif növ parazitlərin quruluşlarına, suda yaşayan gözlə görmədiyimiz canlılara, həşəratlara, müxtəlif bitkilərin (ətirşah, nəzərgülü) yarpaqlarının, çiçəyinin  gözlə görünməyən hissələrinə (dəricik, yarpaqların damarlanması, tükcükləri), həmçinin gündəlik həyatımızda istifadə etdiyimiz duz, şəkər, və s. məmulatlara baxıldı və onların quruluş formalarındakı fərqliliklər müəyyən edildi.