XƏBƏRLƏR
2879 Arxiv

2018.02.15

Bu gün ilin ilk Günəş tutulması baş verəcək

2018-ci ildə 3 Günəş tutulması (qismən tutulma) baş verəcək. Həmin tutulmalardan ikisi cənub, biri isə şimal yarımkürəsinə düşəcək.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu ilin ilk Günəş tutulması fevralın 15-də Bakı vaxtı ilə saat 22:55-dən 02:47-dək baş verəcək. Təbiət hadisəsi Sakit və Atlantik okeanın hövzələrini, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.

Cari il iyulun 13-də Bakı vaxtı ilə saat 05:48-dən 08:13-dək baş verəcək digər Günəş tutulması isə Sakit və Hind okeanı hövzələrində, eləcə də Avstraliyanın cənub hissəsində və Antarktidada müşahidə olunacaq.

Sonuncu Günəş tutulması isə avqustun 11-də Bakı vaxtı ilə 12:02-dən 15:30-dək baş verəcək. Tutulma Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

http://science.gov.az/news/open/7330