XƏBƏRLƏR
2933 Arxiv

2018.02.12

Ukrayna və Azərbaycan elmlər akademiyalarının Həmkarlar ittifaqları əməkdaşlıq edəcək

Kiyev şəhərində Ukrayna Elmlər Akademiyasının (UEA) Həmkarlar İttifaqı ilə AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Sənədi UEA Həmkarlar İttifaqının sədri, fəlsəfə elmləri namizədi Anatoli Şirokov və AMEA AHİ-nin sədri, professor Habil Qurbanov imzalayıblar.

İki ölkənin elmi qurumlarının həmkarlar ittifaqları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub.

http://science.gov.az/news/open/7374