XƏBƏRLƏR
3447 Arxiv

2015.11.06

İnstitutun nəzdində fəaliyyət göstərən D01.071 Dissertasiya Şurasının növbəti iclası keçirilmişdir

6 noyabr 2015-ci il tarixində AMEA Zoologiya İnstitutunda Dissertasiya Şurasınn növbəti iclası keçirilib. İclasda Quru onurğalıları şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Sücəddin Quliyevin “Azərbaycanda vəhşi cütdırnaqlı heyvanların ekologiyası, təbii ehtiyatı, qorunması və səmərəli istifadəsi” mövzusunda, 2401.01- zoologiya ixtisasında biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasının müdafiəsi keçirilib.

S.M.Quliyev uzun illik tədqiqatlarının nəticəsi kimiAzərbaycanda məskunlaşmış cütdırnaqlılar dəstəsinə məxsus çöl donuzu, avropa cüyürü, qafqaz nəcib maralı, ceyran, qafqazköpgəri və asiya muflonunun qorunması, artırılması və səmərəli istifadəsi üçün tədbirlərin həyata keçirilməsinin elmi əsaslarını vermiş, təsərrüfat əhəmiyyətli növlərin xarakterik xüsusiyyətlərini ayrı-ayrı təbii vilayətlər üzrə müqayisəli şəkildə diqqətə çatdırmışdır. Plan və həcminə görə Qafqazda ilk dəfə olaraq yerinə yetirilmiştədqiqat işində müəllif tərəfindən Azərbaycanda ilk dəfə olaraq iki yeni metodun işlənməsi və tətbiqi üçün təklif verilmiş, üç qanunauyğunluq aşkar edilmişdir.

İşin elmi məsləhətçisibiologiya üzrə elmlər doktoru, professor C.Ə.Nəcəfovdur.