XƏBƏRLƏR
3037 Arxiv

2018.02.19

AMEA Zoologiya İnstitutunun əməkdaşı Almaniyanın Justus Liebig Universitetində ezamiyyətdə olub

AMEA Zoologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Könül Tağıyeva 20 yanvar-1 fevral 2018-ci il tarixlərində Avropa Birliyinin Horizon-2020 çərçivəsində PRİDE təşkilatının dəstəyi ilə Almaniyanın Gissen şəhərində yerləşən Justus Liebig Universitetində (Justus Liebig University Giessen) ezamiyyətdə olub. O, Universitetin Su heyvanlarının ekologiyası və sistematikası İnstitutunda Xəzər dənizinin Azərbaycan sektorundan və Həştərxan ərazisindən, həmçinin ölkəmizin daxili sularından toplanan krevetkaların DNT-lərinin izolyasiyası və PCR analizlərini edib və sonrakı mərhələlər üçün nümunələri hazır edib. Həmçinin K.Tağıyeva İnstitutun direktoru, professor Tomas Vilkenin (Thomas Wilke) “Filogenetikanın əsasları”, “Ardıcıllığın düzənlənməsi”, “Filogenetik ağaclar”, “Ağacın yenidən qurulması və molekulyar saatlar” mövzularında mühazirələrini dinləyib, Zoologiya İnstitutu ilə olan gələcək birgə layihələr haqqında söhbətlər aparıb.