XƏBƏRLƏR
404 Arxiv

2018.02.05

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri əsgərləri ziyarət ediblər

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri 2 fevral – Gənclər Günü ilə əlaqədar Mərkəzi Kliniki Hərbi Hospitalda əsgərlərimizi ziyarət ediblər.

Səmimi mühitdə keçən görüşdə gənc alimlər ordumuzun son zamanlar düşmən üzərində əldə etdikləri hərbi və psixoloji üstünlüklər haqqında məlumat alıblar. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasi iradəsindən ruhlanan əsgərlərimiz hər an döyüşmək, düşməni məğlub etmək iqtidarındadırlar.

Görüşün sonunda əsgər və zabitlərlə xatirə şəkli çəkdirilib.

http://science.gov.az/news/open/7311