XƏBƏRLƏR
342 Arxiv

2018.02.02

Botanika İnstitutunun Elmi Əsərlərinin növbəti cildi çapdan çıxıb

Ölkəmizdə tarixi keçid dövrləri istisna olmaqla, ənənəvi olaraq 1936-cı ildən nəşr olunmağa başlayan AMEA Botanika İnstitutunun Elmi Əsərlərinin növbəti cildi işıq üşü görüb.

Təqdim olunan cild institutun gənc tədqiqatçıları və doktorantlarının elmi rəhbər və məsləhətçiləri ilə birlikdə yerinə yetirdikləri tədqiqatların elmi nəticələrinə həsr edilib. Burada məqalələr yalnız ingilis dilindədir.

Botanika İnstitutunun Elmi Əsərlərinin baş redaktoru institutun direktoru, akademik Validə Əlizadədir. Alimin ön sözü ilə başlanan növbəti cilddə botanikanın müxtəlif sahələrinə, eləcə də mikologiyaya dair 20 məqalə yer alıb.

http://science.gov.az/news/open/7290