XƏBƏRLƏR
3346 Arxiv

2015.10.01

Ümumdünya Ahıllar Günü

AMEA Zoologiya İnstitutu Həmkarlar Birliyi Komitəsinin 2014-cü ilin dekabrından fəaliyyətə başlayan yeni rəhbərliyi (sədr: b.ü.f.d. B.Ə.Əhmədov; müavinlər: T.V.Quliyeva, b.ü.f.d. N.C.Mustafayev; üzvləri: M.Ş.Əliyeva və A.R.Cəfərov) keçən qısa müddət ərzində əməkdaşlar üçün bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirmişdir (“Dünya Azərbaycanlılarının Həmrəyliyi”, “8 Mart Beynəlxalq Qadınlar Günü”, “Pirqulu istirahət zonasına səyahət”).

Bir sıra muzeylərə ekskursiya və s. bu kimi tədbirləri həyata keçirən komitə “01 Oktyabr Ümumdünya Ahıllar Günü”nü də yaddan çıxarmamışdır.

Bu münasibətlə institutda geniş yığıncaq keçirilərək ömrünün çoxunu bu elm ocağında keçirmiş, zoologiya elmini layiqincə təmsil etmiş və əbədiyyata qovuşmuş insanlar yad edildi, hazırda fəaliyyətlərini davam etdirən, öz bilik və bacarıqlarını gənc nəslə ötürən insanlar rəhbərlik tərəfindən təbrik edildi və Həmkarlar Komitəsinin vəsaiti hesabına mükafatlandırıldı.