XƏBƏRLƏR
1148 Arxiv

2018.01.29

Zoologiya İnstitutunun Ağsu Təcrübə Dayaq Məntəqəsində tərəvəz bitkiləri yetişdirilib

AMEA İşlər İdarəsi tərəfindən Zoologiya İnstitutuna verilən istixanalar artıq institutun Ağsu Təcrübə Dayaq Məntəqəsində quraşdırılıb. İlk sınaq əkin işləri aparılıb və uğurlu nəticələr əldə edilib. İlk olaraq istixanaların birində tərəvəz bitkiləri-ispanaq, qırmızı turp, şüyüd və keşniş əkilib. Gələcəkdə həmin istixanalarda bostan bitkilərinin əkilməsi (pomidor, xiyar, lobya və s.) nəzərdə tutulur. İstixanalarda yetişdirilən ekoloji təmiz məhsulların AMEA Azad Həmkar İttifaqı vasitəsilə AMEA-nın aidiyyatı stukturlarına verilməsi planlaşdırılır.