XƏBƏRLƏR
2990 Arxiv

2018.01.29

AMEA Zoologiya İnstitutunun direktoru Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları ilə görüş keçirdi

24 yanvar 2018-ci il tarixində AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları ilə görüş keçirdi. Görüşdə Yüksək Texnalogiyalar Parkına təqdim etmək üçün əməkdaşlar tərəfindən hazırlanmış layihələr barədə söhbətlər aparıldı. Layihə rəhbərləri qarşıya qoyulan məqsəd, vəzifələrdən və alınacaq nəticələrdən ətraflı məlumatlar verdilər. Sonda E.Yusifov əməkdaşların problemlərini dinləyərək, həll olunması üçün məsul şəxslərə göstərişlər verdi.