XƏBƏRLƏR
2843 Arxiv

2018.01.24

Bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də baş verəcək

Bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də qeydə alınacaq.

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovdan aldığımız məlumata görə, yanvarın 31-də baş verəcək Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.

X.Mikayılov bildirib ki, Azərbaycanda saat 18:00-dan etibarən Ay doğduqda görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq.

http://science.gov.az/news/open/7252