XƏBƏRLƏR
3102 Arxiv

2018.01.23

Zoologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunda 20 Yanvar şəhidlərinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə İnstitutun direktoru Elman Yusifov açaraq həmin günlərdə baş verən prosesləri diqqətə çatdırıb. 

Tədbirdə, həmçinin Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçiləri Təvəkkül İsgəndərov, Elçin Sultanov, Parazitologiya laboratoriyasının müdiri Qara Fətəliyev və digərləri çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqilliyinə gedən yolda önəmli mərhələ olduğunu bildiriblər.
Sonda 20 Yanvar faciəsi ilə bağlı hazırlanan sənədli film nümayiş etdirilib.