XƏBƏRLƏR
3005 Arxiv

2018.01.16

AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi

12 yanvar 2018-ci il tarixində AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. İclası giriş sözü ilə institutun direktoru  Elman Yusifov açaraq gündəlikdəki məsələləri Elmi Şura üzvlərinin diqqətinə çatdırdı. E.Yusifov Elmi Şuranın I yarım ili üçün iş planının təsdiq edilməsi, Elmi Şuranın tərkibində dəyişikliklər, müdafiəyə hazırlanmış dissertasiya işlərinin institutun ümumi seminarında müzakirəsi məsələləri barədə məlumat verdi. Daha sonra Elmi İşlər üzrə direktor müavini Elşad Əhmədov 2017-ci ildə institut əməkdaşlarının elmi-tədqiqat işlərinə aid material toplamaq üçün ekspedisiyaların nəticələrini şura üzvlərinin diqqətinə çatdırdı. İclasda həmçinin, institutun Veteranlar Şurasının sədri, b.ü.f.d. Adil Əliyev institutuda çalışan əmək veteranları haqqında məlumat verdi, direktor E.Yusifov isə 7 nəfər əməkdaşlara əmək veteranı vəsiqələrini və institutun “Fəxri fərman”larını təqdim etdi. Sonda müxtəlif məsələlər üzrə müzakirələr oldu və qərarlar qəbul edildi.