XƏBƏRLƏR
3010 Arxiv

2018.01.08

Yosunlardan hazırlanmış plastr insulin iynəsini əvəz edəcək

 

ABŞ-ın Merilend ştatının Milli Biotibbi Vizualizasiya və Biomühəndislik İnstitutundan olan tədqiqatçılar qanda həll olunan və bir neçə gün qlükozanı lazımi səviyyədə saxlayan yeni növ kristal birləşmələr yaradıblar.

point.md/ru saytının məlumatına görə, tədqiqatçılar qanda qlükozanın miqdarının daimi ölçülməsi üçün və insulin inyeksiyalarını əvəzləyəcək xüsusi ağrısız plastır hazırlayıblar. Plastırın əsasını qonur yosunlarından ifraz olunan "alqinat" adlı maddə təşkil edir.

Analoqlarından fərqli olaraq, sözügedən maddə qanda uzun müddət qalaraq bir neçə gün orqanizmdə sirkulyasiya edə bilir.

http://science.gov.az/news/open/7140