XƏBƏRLƏR
2922 Arxiv

2017.12.26

AMEA Zoologiya İnstitutunun kollektivi Şamaxı rayonunda korporativ səfərdə oldular

Cari il ərzində AMEA Zoologiya İnstitutunun 40 nəfərdən ibarət kollektivi 23-24.12.2017-ci il tarixlərində İnstitut Həmkarlar Təşkilatının xətti ilə Şamaxı rayonunda 2 günlük korporativ səfərdə oldular. Əməkdaşlar Astrofizika Rəsədxanasını ziyarət edib, muzey və teleskopla tanış oldular. Daha sonra əməkdaşlar Zarat kəndində yerləşən Etnoqrafiya muzeyində tarixi eksponatlarla tanış oldular. Səfərin sonunda kollektiv üzvləri Yeni il ziyafət şənliyi keçirdilər.